Naqoya Universiteti İnformatika Məktəbinin alimləri qəzəbi azaltmağın yeni orijinal üsulunu təklif ediblər. Onlar «hakidasira» adlanan Yapon ənənəsindən istifadə edərək, mənfi emosiyalardan xilas olmaq üçün onların mənbəyini lövhəyə təsvir etməyi və sonra onu sındırmağı təklif edirlər.
Tədqiqatçılar bu yanaşmanı bir qədər dəyişdirib və sonra onu sınaqdan keçiriblər. Təcrübə belə görünürdü: tələbələrdən universitet professoru tərəfindən ciddi yoxlanılan esse yazmağı xahiş ediblər. Yoxlama nəticəsində tələbələrə «belə bir şeyi düşünə biləcəyinə inanmıram» kimi təhqiredici rəylər verilib.
Gözlənildiyi kimi, tələbələr özlərini çox təhqir olunmuş hiss ediblər və qəzəblərini azaltmaq üçün onlara öz narazılıqlarını kağız üzərində ifadə etmək təklif edilib. Tədqiqat nəticəsində məlum olub ki, »yaz və məhv et» metodu tələbələrin mənfi emosiyalarla ən effektiv şəkildə başa çıxmağına kömək edib.
Tədqiqatın praktik əhəmiyyətini müzakirə edərkən, müəlliflər bu texnikanın istər evdə, istərsə də iş yerində stressli vəziyyətlərdə istifadəsinin sadəliyini vurğulayıblar.