Yuvaskyllä Universitetinin alimləri göstəriblər ki, daha güclü əzələ gücünə genetik meyilliliyi olan insanların ümumi qeyri-infeksion xəstəliklərdən və vaxtından əvvəl ölüm riskləri daha azdır.
Finlandiya əhalisindən 340 mindən çox insanın genom və sağlamlıq məlumatlarından istifadə edilən tədqiqatda alimlərin nəticəsinə görə, əzələ gücü, xüsusilə də əl qüvvəti, insanın yaşla bağlı xəstəliklərə və pozğunluqlara qarşı özünümüdafiə qabiliyyətini və onlarla başa çıxma bacarığını göstərə bilər. Bu əsasən onkoloji, kardio-metabolik və respirator xəstəliklər, koqnitiv pozğunluqlar, habelə skeletal-əzələ sistemi patalogiyaları barədə danışılır.
«Görünür ki, daha yüksək əzələ gücünə genetik meyillilik insanın yaşlanma prosesində baş verən patoloji dəyişikliklərə qarşı müqavimət və özünümüdafiə qabiliyyətini əks etdirir», — tədqiqatın müəlliflərinin şərhinə görə.
Lakin bu «süper güc» insanın stress və ağır sınaqlardan sonra bərpa olunma qabiliyyətinə şamil edilmir. Buna görə də hətta ən güclü və etibarlı qəhrəmanlara belə, stressl doğuran vəziyyətlərdən özlərini qorumağa çalışmaq vacibdir!