Əqli Fəaliyyət Yaşlılıq Dövründə Yaddaşı və Düşüncəni Qoruyur
Amerikanın Nevrologiya Akademiyasının son buraxılışında dərc edilən məlumatlara görə, iş zamanı beynin daha səmərəli işləməsi yaşlılıq dövründə yaddaş və düşüncə problemlərinin daha az yaranmasına səbəb olur.
Norveçdə 7 min nəfər 300-dən çox müxtəlif peşə sahibi arasında aparılan tədqiqat zamanı, iş yerində kognitiv stimulyasiyanın dərəcəsi, bir tərəfdən, rutin təkrarlanan tapşırıqlar, digər tərəfdən isə sosial, analitik və yaradıcı bacarıqlar tələb edən daha mürəkkəb tapşırıqlar əsasında qiymətləndirilib. 70 yaşdan sonra iştirakçılar yaddaş və düşüncə üzrə testlərdən keçirilərək, onlarda yüngül əqli pozğunluqların olub-olmadığı müəyyənləşdirilib. Ən aşağı kognitiv yükə malik insanlar (məsələn, poçtalyonlar) arasında yüngül əqli pozğunluqlar 42% hallarda aşkar edilib. Buna qarşılıq, daha intellektual işləyənlər (müəllimlər) arasında bu rəqəm cəmi 27% təşkil edib.
«Bu nəticələr göstərir ki, təhsil səviyyəsindən başqa, sonrakı peşə fəaliyyəti də gələcəkdə əqli pozğunluq risklərinin azaldılmasında mühüm rol oynayır» — alimlər qeyd ediblər. Düşüncə və yaddaşın saxlanmasına ən faydalı konkret peşə bacarıqlarının müəyyənləşdirilməsi üçün daha geniş tədqiqatlar aparılması zəruridir.