Tədqiqatçılar Londondakı University College-də SARS-CoV-2-nin yoluxma mərhələsinə fokuslanmağa qərar verdilər. Onlar müxtəlif yaş qruplarından olan insanlardan sağlam nazal epitel hüceyrələrini götürdülər və onları COVID-19 virusu ilə yoluxdurdular.
Uşaqların hüceyrələri daha güclü cavab verdi
Tədqiqatlar göstərdi ki, uşaqların (0-11 yaş) nazal epitel hüceyrələri virusla qarşılaşdıqda interfetonların - virusu məhdudlaşdıran zülalların - kəskin artımı ilə cavab verdi. Böyüklərin (30-50 yaş) hüceyrələri isə daha məhdud antivirus fəaliyyəti nümayiş etdirdi. Yaşlıların (70+ yaş) hüceyrələrində isə təqribən heç bir cavab müşahidə olunmadı, nəticədə virus onlarda sərbəst şəkildə çoxala bildi.
Yaşlıların «zəif müdafiəsi» ağır COVID-19-a səbəb ola bilər